Dünya

Məsuliyyətsizlik pandemiyanın yenidən alovlanmasına səbəb ola bilər

6 Avqust 2020 17:32
Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Gessen federal əyalətində qapalı şəraitdə keçirilmiş bir qonaqlıq məclisi koronavirusun yayılma mənbəyinə çevrilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həmin qonaqlığın 100 iştirakçısından 18 nəfərin koronavirus testi müsbət nəticə verib. Əyalətin hakimiyyət orqanları bu hadisədən xəbər tutandan sonra vəziyyəti nəzarətdə saxlamağı və xəstəliyin kütləvi şəkildə yayılmasına yol verməməyi vəd ediblər, lakin bu vədə əməl etmək real görünmür: səhiyyə departamentinin nümayəndələrinin sözlərinə görə, koronavirusun "geri qayıtmaması" məqamı əldən verilib, çünki həmin tədbirin iştirakçıları dərhal izolyasiya edilməyib, onlar bir müddət adi həyat tərzini davam etdirib, şəhərdə yerlərini dəyişiblər. Yoluxma "zəncirini" izləmək çox çətindir. Virusoloqlar xəstəliyin regionda kütləvi şəkildə yayılmasını istisna etmirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.