Dünya

Belçika yenidən karantinə bağlana bilər

6 Avqust 2020 18:04
Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gündür ki, Belçika epidemioloqları ölkədə koronavirusun ikinci dalğasının başlanması əlamətlərindən danışırlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Belçikalı Həkimlər Birliyi "ölkədə koronavirusun ikinci dalğasının başlanmasına" əmindir.

Virusoloqların sözlərinə görə, çox ehtimal ki, xəstəliyin ikinci dalğası 2020-ci ilin mart-aprel aylarında bu ölkəni bürümüş birinci dalğa qədər güclü olmayacaq. İndi belçikalı həkimlər və ölkənin xəstəxanaları koronavirusa qarşı mübarizəyə hazırdırlar. Onlar bütün zəruri vasitələrlə təmin edilib. Həkimlər bildirirlər ki, xəstəxanalarda çarpayı çatışmazlığı olmayacaq. Bununla bərabər, ölkənin yenidən karantinə bağlanacağı istisna olunmur. Doğrudur, hələlik bu barədə danışmaq tezdir, lakin ekspertlər xəbərdarlıq edirlər ki, buna hazır olmaq lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.