Dünya

Koronavirusun zəif nöqtəsi aşkar edildi

6 Avqust 2020 16:40
Baxış: 1 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kanzas Universitetinin alimləri koronavirusa qarşı terapevtik vasitəni uğurla sınaqdan keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, aparılan müşahidələr nəticəsində məlum olub ki, COVID-19 infeksiyasına səbəb olan SARS-CoV-2 koronavirusunun inkişafında əsas ferment 3CLpro proteazasıdır.

Laboratoriya şəraitində keçirilən sınaqlar zamanı MERS koronavirusuna yoluxmuş siçanlar üzərində proteaz inhibitorları istifadə olunub. Nəticədə yoluxmuş bölgəyə hədəflənmiş terapevtik vasitə virusun replikasiyasının qarşısını alıb.

Alimlərin fikrincə bu vasitələrdən əldə olunacaq preparatlar koronavirusların orqanizmdə çoxalmasının qarşısını ala bilər. Eksperimentdə təsvir olunan preparatlar "Cocrystal Pharma" şirkəti tərəfindən patentləşdirilib. Bu preparatların insanlar üzərində səmərəliliyi də yoxlamadan keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.