Dünya

Şotlandiyanın iri şəhərində yenidən sərt karantin rejimi tətbiq edilib

5 Avqust 2020 21:42
Baxış: 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şotlandiyanın Aberdin şəhərində və ətraf ərazilərdə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar təkrar sərt karantin rejimi elan edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu qərarı Şotlandiyanın Birinci naziri Nikola Stercen açıqlayıb.

Yeni qərara əsasən, Aberdin sakinləri evdən yalnız 5 mil məsafədə asudə vaxt keçirmək üçün uzaqlaşa bilərlər.

Digər şəhər sakinlərinə Aberdinə gəlməmək, yerli sakinlərə isə bir-birilərinin evlərinə getməmək tövsiyə edilib.

Bu qərarın qəbul olunmasına səbəb regiondakı koronavirus klasterində 54 yeni yoluxmanın qeydə alınması olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.