Dünya

Qazaxıstan COVID-19 peyvəndinin sınaqlarına başlayır - TARİX AÇIQLANDI

5 Avqust 2020 23:24
Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanda COVID-19 peyvəndinin kliniki sınaqlarına sentyabrda başlanacaq.

Milli.Az xəbər verir ki, Təhsil və Elm Nazirliyi Elmi Komitəsi Bioloji Təhlükəsizlik Problemləri Araşdırma İnstitutu bu barədə bildirib.

"26 iyulda peyvənd hazırlayan 5 nəfər canlı virusla iş əsnasında təhlükəsizliklərini təmin etmək üçün peyvəndi könüllü olaraq öz üzərlərində sınayıb. 3 gün sonra ümumi vəziyyətin yaxşı olduğu, qızdırma və allergiyanın olmadığı müşahidə edilib. Kliniki sınaqlardan əvvəlki mərhələ 20 avqustda tamamlanacaq. Nəticələr Səhiyyə Nazirliyinə təqdim ediləcək", - institutun açıqlamasında deyilir.

Səhiyyə Nazirliyi peyvəndi təsdiq edərsə, 44 könüllünün qatılacağı sınaqlar başlayacaq. Oktyabrda isə 200 könüllü üzərində ikinci mərhələ gerçəkləşdiriləcək. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.