Dünya

Kompüter siçanının yaradıcısı öldü

5 Avqust 2020 17:06
Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kompüter siçanının yaradıcılarından biri olan Vilyam İnqliş ABŞ-da 91 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun ölümünə tənəffüs çatışmazlığı səbəb olub.

V.İnqliş 1929-cu ildə Kentukki ştatının Leksinqton şəhərində doğulub. Onun atası kömür mədənlərində elektrik mühəndisi, anası isə evdar qadın olub. Arizonada internat məktəbində oxuyan ixtiraçı sonradan Kentuki Universitetində elektrik mühəndisliyi təhsili alıb.

1964-cü ildə İnqliş Duqlas Engelbartın laboratoriyasında ilk dəfə kompüter siçanını yaradan işçilərindən biri olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.