Dünya

Daha bir ölkədə koronavirusun ikinci dalğası başladı

5 Avqust 2020 15:10
Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Estoniyanın Sağlamlıq Departamenti ölkədə koronavirusun ikinci dalğasının başladığını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Postimees" quruma istinadən xəbər verib.

"Səhiyyə Departamentinin qiymətləndirməsinə görə, artıq Estoniyada COVID-19-la xəstələnmənin ikinci dalğasının başlandığını demək olar", - Departamentdə deyiblər.

Gözləntilərə görə, avqustun 6-da hökumət koronavirusla mübarizə tədbirlərini sərtləşdirəcək. Buna qədər Baş nazir Yuri Ratas bildirmişdi ki, yoluxma səviyyəsi 2,6-ya çatıb, baxmayaraq ki, bir ay əvvəl o, 1,0 idi.

Qeyd edək ki, Estoniyada 2 091 nəfər koronavirusa yoluxub, 63 xəstə vəfat edib, 1 937 nəfər sağalıb.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.