Dünya

Beyrutdakı partlayışda 3 erməni ölüb, 100-ə yaxın isə yaralanıb

5 Avqust 2020 12:53
Baxış: 1 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyrut limanında baş verən partlayışda 3 erməni ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan "Facebook"da bildirib.

Onun sözlərinə görə, partlayış nəticəsində 100-ə yaxın erməni isə xəsarət alıb.

Ermənistan parlamentinin deputatı Anna Kostanyan bildirib ki, Beyrutda yaşayan çoxlu sayda erməni ölkəyə qayıtmaq niyyətindədir. 

Qeyd edək ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.