Dünya

Gürcüstanda 15 nəfər koronavirusa yoluxub

5 Avqust 2020 11:20
Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 15 yoluxma halı qeydə alınıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb. 

Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 1 197 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 7 066 nəfər karantində saxlanılır, 294 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 974 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.