Dünya

İtkin düşmüş təyyarənin axtarışlarına PUA cəlb olundu

5 Avqust 2020 13:37
Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Buryatiya Respublikasında iyulun 19-da yoxa çıxan, göyərtəsində altı nəfərin olduğu "An-2" təyyarəsinin axtarışlarına "Orlan-10" pilotsuz uçuş aparatı cəlb edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya ordusunun Şərq Hərbi Dairəsinin mətbuat xidmətinin məlumat verib.

"Monitorinq uçuşu Usolye-Sibirskoye ərazisindən 60 km cənub-qərbdə (İrkutsk vilayəti) həyata keçirilir. "An-2" təyyarəsinin axtarışı üçün dronlar hər gün 10 saatdan az olmamaq şərtilə uçuş edəcək", - deyə məlumatda qeyd olunur.

Uçuş marşrutu regional koordinasiya mərkəzinin nümayəndələri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə tənzimlənəcək.

Daha öncə təyyarənin itkin düşməsinə görə Buryatiyanın Tunkinski rayonunda fövqəladə hal rejimi tətbiq edilmişdi.

"An-2"nin ekipajı ilə əlaqə iyulun 19-da axşam saatlarında itib, faktla bağlı cinayət işinə başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.