Dünya

Alimlər 75 milyon il əvvəl yaşamış dinozavrda xərçəng aşkarladılar

5 Avqust 2020 10:19
Baxış: 1 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadada 75 milyon il əvvəl yaşayan dinozavrın osteosarkoma xəstəliyindən (sümük xərçəngi) əziyyət çəkdiyi məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ontario Kral Muzeyinin mütəxəssisləri tərəfindən aparılan tədqiqat "The Lancet" jurnalında dərc edilib.

Tədqiqatçılar 30 il əvvəl Kanadanın Alberta əyalətində tapdıqları dinozavrın baldır sümüyünün formasını itirməsini müşahidə ediblər. Lakin o zaman alimlər bu məqama diqqət etməyiblər.

Lakin buyaxınlarda alimlər yenidən sümüyün deformasiya uğramasının səbəblərini tapmaq üçün araşdırmaya başlayıblar.

Tədqiqatçılar araşdırmanı aparmaq məqsədi ilə həkim-osteopat və onkoloq dəvət ediblər.

Sümükdən götürülən nümunələri mikroskop altında araşdırılıb, kompüter tomoqrafiyası və sümük biopsiyası həyata keçirilib.

Nəticədə dinozavra osteosarkoma (sümük xərçəngi) diaqnozu qoyulub.

Şişin ölçüsünü nəzərə alınaraq, onun dinozavrın hərəkətinə ciddi şəkildə maneə törətdiyi ehtimal edilir. Bundan əlavə, metastaz digər orqanlara da zərbə vurub və dinozavrın tələf olması ilə nəticələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.