Dünya

Beyrut qubernatoru ağladı - VİDEO

5 Avqust 2020 09:57
Baxış: 1 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyrut şəhərinin qubernatoru Marvan Abbud "Sky News" telekanalına müsahibəsi zamanı ağlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məmur bildirib ki, həyatında heç vaxt bənzər dağıntılar görməyib. Onun sözlərinə görə, partlayış "Hiroşima və Naqasakidə baş verənlərə bənzəyir".

"Mən həyatımda bu qədər dağıntılar görməmişəm... Bu Livan üçün milli fəlakətdir", - deyən Abbud göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, Livanın paytaxtı Beyrut şəhərində dəniz limanında baş vermiş partlayış nəticəsində azı 30 nəfər ölüb, 2,5 mindən çox insan xəsarət alıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.