Dünya

Ermənistan parlamentində biabırçılıq: “Dayı” sözünün üstündə kütləvi dava düşdü

4 Avqust 2020 21:48
Baxış: 1 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan parlamentində deputatların kütləvi davası olub.

Hadisə deputatlardan birinin tribunada çıxışı zamanı digərinin ona "dayı" deməsindən sonra başlayıb.

Belə ki, deputat Edmond Marukyan çıxış edərkən Sasun Mikaelyan yerdən ona atmaca atıb. Birincinin sərt cavabı isə biabırçılıqla nəticələnib.

Mikaelyanla Marukyanın əlbəyaxa davasına digər deputatlar da qoşulublar. Tərəflər hətta bir-birilərini boynunu sındırmaqla hədələyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.