Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü ötüb, 4000 yaralı var - YENİLƏNİB - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
05.08.2020
23:03
Beyrut limanında dəhşətli partlayış nəticəsində ölənlərin sayı 137 nəfərə çatıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin səhiyyə nazirliyindən bildirib.
Partlayış nəticəsində 5 minə yaxın insan yaralanıb, onlarla insan itkin düşüb.
---------
10:55
Livanın paytaxtı Beyrutda ötən gün baş vermiş güclü partlayış nəticəsində həlak olanların sayı 100 nəfəri keçib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Livanın Qırmızı Xaç komitəsi bildirib.
Qeyd olunur ki, dağıntılar altında çoxlu sayda qalanlar olduğu üçün, ölü sayı arta bilər.
Yaralıların sayı isə 4 mini keçir. Şəhər xəstəxanalarında yerlər dolduğu üçün bəzi yaralıları morqlarda qəbul edirlər.
Bundan başqa, partlayış nəticəsində havaya zərərli maddələrin yayıldığı barədə məlumat verilib. Sakinlərə evləri tərk etməmək tövsiyə edilib.
----------
03:52
Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 78 nəfər çatıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Bildirilir ki, xəsarət alanların da sayı artaraq 4 min nəfərə yüksəlib.
Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutun limanında güclü partlayış baş verib.
----------
02:31
Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 73 nəfər həlak olub, azı 3,7 min nəfər isə xəsarət alıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Naziri Həməd Həsən deyib.
Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutun limanında güclü partlayış baş verib.
-----------
00:21
Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 67 nəfər həlak olub, azı 3,6 min nəfər isə xəsarət alıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Naziri Həməd Həsən deyib.
-----------------
04.08.2020
23:59
Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində azı 50 nəfər həlak olub, təxminən 2,7 min nəfər isə xəsarət alıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Naziri Həməd Həsən deyib.
Onun sözlərinə görə, ölənlər arasında azı 7 tibb işçisi var, onlarla tibb işçisi isə xəsarət alıb. Nazir əlavə edib ki, ölənlərin və yaralananların sayı arta bilər.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Livan cəmiyyəti bildirir ki, insanların xilas edilməsində təxminən 75 təcili yardım maşını iştirak edir.
----------
23:41
Livanın paytaxtı Beyrutda baş vermiş iki güclü partlayış nəticəsində 30-dan çox insanın həlak olduğu bildirilir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hadisə nəticəsində xəsarət alanların sayının 2 mini ötdüyü qeyd olunur.
Xatırladaq ki, partlayışa görə, ölkədə matəm elan olunub. Ətrafdakı yaşayış binalarında sakinlərin çoxu təxliyə edilməyib.
Partlayışların terror aktı olduğu ehtimal edilir.
----------
23:39
Livanın paytaxtı Beyrutda baş vermiş partlayışda ölənlərin sayı 30 nəfərə çatıb.
Bu barədə "Al Haddath" telekanlı ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.
Bildirilib ki, hadisə nəticəsində üç minə yaxın insan da yaralanıb.
Livanın "Al-Kataib" partiyasının baş katibi Nizar Nacaryan Beyrutda baş vermiş partlayış nəticəsində ölüb.
Bir qədər əvvəl telekanal Nacaryanın ağır yaralandığını və huşsuz vəziyyətdə olduğunu bildirmişdi.
Qeyd edək ki, Livanın baş naziri Hassan Diyab baş vermiş güclü partlayışla əlaqədar çərşənbə günü matəm elan edib.
----------
23:13
Livanın paytaxtı Beyrutda baş verən
güclü partlayış nəticəsində 30 nəfər ölüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Livan cəmiyyəti öz növbəsində bildirir ki, partlayış nəticəsində 2,2 mindən artıq insan xəsarət alıb.
----------
21:42
Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində azı 10 nəfər həlak olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə təhlükəsizlik xidmətləri və səhiyyə xidmətlərindəki mənbələr məlumat verib.
----------
21:07
Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, partlayışın dalğası Livan paytaxtında yaşayış sahələrində də hiss edilib. Bəzi evlərə və ofislərə ziyan dəyib. Onlarla insanın xəsarət aldığı deyilir.
"Reuters" agentliyinin yazdığına görə isə partlayış nəticəsində azı 10 nəfər ölüb.
Partlayışın səbəbləri hələ ki, məlum deyil.
Yerli telekanalların bildirdiyinə görə, dəniz limanı ərazisinə raket zərbəsinin endirilməsi istisna deyil. Bəzi mənbələr isə partlayışın pirotexnika anbarında baş verdiyini yazıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Uşaqlarda erkən inkişaf problemlərini necə müəyyənləşdirmək olar? - Bakıda mühüm konfrans - FOTO
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
Andrey Plenkoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub - FOTO
-
Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb - FOTO
-
“Bu son videom olacaq”
-
Bu imtahanda 300 bal olmadı
-
Yeni direktor icra başçısının qardaşı imiş
-
Mahir Emreliyə bu ölkədən təklif var
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər - FOTO
-
Aşığın maşını yanıb külə döndü - VİDEO
-
"Kəpəz"in bıçaqlanan futbolçusu klubunu dəyişir
-
Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
"Uzak Şehir"də sürpriz ayrılıq
-
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
-
İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
-
Bakıya şiddətli dolu düşməsinin səbəbi AÇIQLANDI
-
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar - FOTO
-
Sığorta şirkətlərinin açıq sığorta modeli tətbiq ediləcək
-
Bulvarda gənc qıza qarşı zorakılıq edən şəxs həbs olundu - VİDEO
-
İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO
-
Paytaxta yağan dolunun ölçüsü məlum oldu





