Dünya

ABŞ qanunvericiləri Qlobal Media Agentliyinə 20 milyon dollar ayrılmasını tələb edir

4 Avqust 2020 20:18
Baxış: 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir qrup respublikaçı və demokrat millət vəkili Tramp administrasiyasına əsasən Çin və İran kimi avtoritar ölkələr daxil olmaqla, Konqres tərəfindən təsdiqlənmiş dünyada internetə çıxışın təşviqinə yönəlmiş 20 milyon dollarlıq vəsaitin ayrılmasına görə təzyiq göstərir.

Nümayəndələr Palatasının Xarici İşlər Komitəsindəki Texas ştatından respublikaçı Maykl Makkoaul deyib ki, "Açıq Texnologiyalar Fondu (ATF) repressiv rejimlər altında yaşayan insanların xilaskarıdır". O əlavə edib ki, "təəssüf ki, bu kritik proqram dağılmaqdadır".

Washington Post qəzetinin yazdığına görə, Senatın Xarici Əlaqələr Komitəsində Nyu-Cersi ştatından demokrat senator Robert Menendez maliyyəni "Çin, İran və digər yerlərdə repressiv hökumətlərə hədiyyə" adlandırıb.

Vaşinqtonda yerləşən Açıq Texnologiyalar Fondunun icraçı direktoru vəzifəsini icra edən Laura Kunninqham USAGM (Qlobal Media Agentliyi) və onun lideri Maykl Pakı ATF-nu insan hüquqlarına və demokratiya tərəfdarı təxminən 200 ölkədə 60 internet azadlığı layihəsindən 49-nu dayandırmağa məcbur etməkdə günahlandırdıqdan sonra çıxış edib.

Kunninqham Amerikanın Səsinə verdiyi yazılı açıqlamada agentliyin vəsait ayıracağına dair heç bir şey deməsə də, "internet azadlığını inkişaf etdirmək, jurnalistlərin və aktivistlərin təhlükəsizliyini qorumaq USAGM-in ən yüksək prioritetlərindən biridir" - deyə, bildirib.

Açıqlamada o, ATF-i missiyasını və internet azadlığını inkişaf etdirmək üçün çalışan insanların təhlükəsizliyini hədələyən təhlükəsizlik uğursuzluqlarına görə günahlandırıb.

Açıq Texnologiyalar Fondu Amerikanın Səsi də daxil olmaqla, dövlət tərəfindən maliyyələşdirilən və baş icraçısı Pak tərəfindən nəzarət edilən USAGM-in bir neçə qlobal media qurumlarından biridir.

Pak iyun ayında ABŞ Prezidenti Donald Tramp tərəfindən təyinatı ilə əlaqədar Konqresdə uzun sürən mübahisələrdən sonra qurumun nəzarətini əlinə alıb.

USAGM keçən ay hansı təşkilatların araşdırıldığını və nə kimi ölçülər götürüləcəyinə dair heç bir şey demədən agentliyin uzunmüddətli təhlükəsilik yanlışlıqlarını araşdırdığını bəyan etmişdi.

USAGM-ə keçdikdən sonra Pak hökumət tərəfindən maliyyələşdirilən bir neçə media qurumunun rəhbərini işdən çıxarıb. Lakin bu yaxınlarda Vaşinqtonda yerləşən bir Federal Apellyasiya Məhkəməsi Açıq Texnologiyalar Fondunun idarə heyəti və vəzifəli şəxslərinin işi qazanacaqlarını bildirərək, onların işdən azad olunmasına mane olmuşdu.

Kunningham açıqlamasında deyib ki, "bu özbaşına və lazımsız maliyyələşdirmə gecikdirilməsi indi layihələrimizin işini pozur və dünyada texnologiyalarımıza güvənən milyonlarla istifadəçinin həyatını təhlükəyə atır".

"Bu gecikdirilmə USAGM-in xaricə təsirini sarsıdır" və onun öz analitik araşdrmalarına görə, USAGM-in İrandakı auditoriyasının 85% və Çində 40% -i USAGM-ə daxil olmaq üçün ATF-in dəstəklədiyi texnologiyalardan asılıdır" - deyə, o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.