Dünya

İngiltərədə “McDonald’s” restoranı bağlandı - İşçilər karantinə alındı

4 Avqust 2020 18:39
Baxış: 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin şimal-qərbindəki Stokport şəhərində "McDonald's" restoranı 5 əməkdaşın koronavirusa yoluxması ilə əlaqədar bağlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, şirkət test nəticələrindən sonra həmin restoranı müvəqqəti bağlamaq qərarına gəlib.

Qeyd olunur ki, koronavirus testi müsbət çıxmış şəxslər karantinə alınıb. Onların sağlamlıq vəziyyəti barədə ətraflı məlumat verilməyib. Digər işçilərə də özünütəcrid rejiminə keçmək tövsiyə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.