Dünya

Koronavirusun ortaya çıxdığı Çində daha bir fəlakət: Yüz minlərlə insan...

5 Avqust 2020 05:30
Baxış: 1 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin şərqində tüğyan edən Haqupit tayfunu səbəbilə 381 mindən çox insan təxliyə olunub.

Milli.Az xəbər verir ki, Çin Milli Meteorologiya Mərkəzinin açıqlamasında xəbərdarlıq səviyyəsinin narıncı kateqoriyaya keçirildiyi bildirilib.

Saatda 90 km sürətlə hərəkət edən külək və leysan yağışa səbəb olan tayfuna görə qatar səfərləri və inşaatın fəaliyyəti dayandırılıb. Balıqçıl qayıqları sahilə çəkilib.

Tayfunun gün ərzində Şanxaya leysan yağış gətirməsi gözlənilir.

Xatırladaq ki, Çində iyundan bəri meydana gələn sel fəlakətlərində 141 nəfər ölüb. 24 əyalətdə 2 milyon insan yaşadığı yeri tərk edib.

Su daşqınlarının 7 milyard dollar zərər vurduğu təxmin edilir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.