Dünya

Sahildə üzgəcləri və kürkü olan naməlum heyvanın qalıqları tapıldı - FOTO

4 Avqust 2020 10:23
Baxış: 2 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəniz sahilində tapılan dörd metrlik naməlum heyvan görüntüsü ilə hər kəsi heyrətə gətirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iri əzələli heyvana aid olduğu düşünülən qalıqların fotolarını "Liverpool Echo" yayımlayıb.

Britaniyanın Mersisayd qraflığının Sautport şəhərində çimərlikdə tapılan heyvana xüsusi qəribəlik verən isə onun dörd üzgəcli və kürklü omasıdır.

Sosial şəbəkələrdə heyvanın cinsi ilə bağlı böyük müzakirələr başlayıb. Ancaq yekun bir nəticəyə gəlinməyib.

Bir çoxları isə zarafata bu qalıqların mamonta, Frankenşteynin bədheybətinə və yadplanetliyə aid olduğunu yazıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.