Dünya

Ariane 5 raketinin buraxılışı avqustun 14-nə planlaşdırılıb

4 Avqust 2020 09:12
Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Arianespace Corporation" avqustun 14-də "Ariane 5" raketinin Kuru kosmodromundan iki dəfə təxirə salınan uçuşunu həyata keçirmək barədə qərar qəbul etdi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda deyilir.

"Son montaj sexindəki əməliyyatların gedişi bizə "Ariane" raketinin buraxılışıni 14 Avqustda təyin olunmasına imkan verir", - xəbərdə deyilir.

Şirkət qeyd edir ki, müəyyən şərtlərdə uçuş bir gün əvvəl həyata keçirilə bilər.

Əvvəlcə buraxılış iyulun 28-ə təyin olunub, lakin əlavə texniki yoxlanışa ehtiyac olduğundan 31 iyul tarixinə təxirə salınıb. 31 iyulda "Ariane 5" yenidən raket start proqramından nasazlığa görə çıxarılıb.

Raket Yaponiyanın BSAT-4b və beynəlxalq operator "Intelsat" üçün Galaxy 30 peyklərini orbitə çıxaracaq. Onlar birbaşa yüksək keyfiyyətli radio və televiziya yayımı üçün istifadə ediləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.