Dünya

Son sutkada Özbəkistanda koronavirusa 788 nəfər yoluxub

3 Avqust 2020 20:24
Baxış: 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistanda COVID-19 koronavirusuna yoluxma üzrə yeni antirekord qeydə alınıb. Belə ki, son gündə yoluxma sayı 788 nəfər artıb və 25 min 828-ə çatıb. Yeni yoluxma halı Özbəkistanın 11 regionunda qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son sutkada ölkədə bu virusdan 8 xəstə ölüb və rəhmətə gedənlərin ümumi sayı 155 nəfərə çatıb.

Xəstəxanalarda 9 min 166 nəfərin olduğu bildirilir. Onların 564-nün vəziyyəti ağır, 215-nin isə kritikdir.

Mətbuat yazır ki, özbək mənşəli Rusiya milyarderi Əlişir Usmanov Özbəkistanda koronavirusla mübarizədə iştirak edən həkimlərə və digər tibb işçilərinə birdəfəlik mükafat kimi 10 milyon dollar ayırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.