Dünya

Kiyevdə terrorçu bankı ələ keçirdi

3 Avqust 2020 16:01
Baxış: 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naməlum şəxs Kiyev şəhərinin mərkəzində yerləşən bir banka daxil olaraq özünü partlatmaqla hədələyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər nazirinin müavini Anton Qeraşenko açıqlama verib. Onun sözlərinə görə, həmin şəxs Özbəkistan vətəndaşıdır.

"Avqustun 3-də, saat 12:00-da "Universal Bank" şirkətinin nümayəndəsinin polisə zəng edərək verdiyi məlumata görə, 35 yaşına çatmamış naməlum bir şəxs ofisə girərərk kürək çantasında bomba olduğunu bildirib və polisə zəng edilməsini tələb edib. Bank əməkdaşları binanı tərk ediblər və şöbə müdiri isə öz istəyi ilə bankda qalıb. Polis əməkdaşları terrorçu ilə danışıqlara başlayıb", - Qeraşenko öz Feysbuk hesabında bildirib.

Bundan əlavə, sözügedən şəxs canlı yayıma çıxış imkanının verilməsini tələb edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.