Dünya

Britaniya parlamentinin deputatı cinsi təcavüz ittihamı ilə həbs olunub

3 Avqust 2020 14:30
Baxış: 1 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan deputatı təcavüz ittihamı ilə həbs olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şübhəlinin adı açıqlanmır, ancaq onun 50 yaşlarında biri olduğu vurğulanıb.

Polisin məlumatına görə, zərərçəkən tibbi yardım üçün müraciət edib.

Mühafizəkarlar Partiyasının rəhbərliyi istintaqla işləməyə hazır olduğunu, ancaq deputatı hələlik qurumdan xaric etməyi düşünmədiklərini bildirib.

Cinsi zorakılığa məruz qaldığını iddia edən qadın isə partiyanın bu qərarından narahat olduğunu bildirib.

"Bu təhqiramizdir", - qadın vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.