Dünya

Əfqanıstanda həbsxanaya hücum nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb

3 Avqust 2020 21:30
Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:30

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin administrativ mərkəzi Cəlalabad şəhərindəki həbsxanaya hücum nəticəsində azı 29 nəfər həlak olub, 50 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Əfqanıstanın hakimiyyət orqanları məlumat verib.

Əvvəlcə kamikadze bomba yüklü avtomobili həbsxana yaxınlığında partladıb. Ardınca silahlı şəxslər həbsxana binasına daxil olub. 17 saata yaxın davam edən toqquşma nəticəsində hücum dəf edilib. Hücumda iştirak edən silahlılardan beşi öldürülüb. Həmçinin hücum zamanı həbsxanadan qaçmağa çalışan 700-ə yaxın məhbusun tutulduğu bildirilir.

Yerli KİV-lər hücumun məsuliyyətini İŞİD-ə yaxın qruplaşmalardan birinin öz üzərinə götürdüyü barədə xəbərlər yayıb.

---------

14:04

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin administrativ mərkəzi Cəlalabad şəhərindəki həbsxanaya hücum nəticəsində azı 20 nəfər həlak olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə kamikadze bomba yüklü avtomobili həbsxana yaxınlığında partladıb. Ardınca silahlı şəxslər həbsxana binasına daxil olub. Döyüş səhər saatlarına qədər davam edib. Hücum edən silahlılardan 5-i öldürülüb. Həmçinin həbsxanadan qaçmağa çalışan 700-dək məhbus tutulub.

Cəlalabad şəhərindəki hücum Qurban bayramı günlərinə təsadüf edib. "Taliban" hərəkatı və Əfqanıstan hökuməti bayram zamanı üçgünlük atəşkəs barədə razılığa gəlib. Yerli KİV-lər hücumun məsuliyyətini İŞİD-ə yaxın qruplaşmalardan birinin öz üzərinə götürdüyü barədə məlumatlar yayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.