Dünya

Sabiq Roma papası ağır xəstələnib

3 Avqust 2020 18:31
Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabiq Roma papası, 16-cı Benedikt adı altında kilsəyə rəhbərlik etmiş Yozef Ratsinger ağır xəstələnib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu sabiq papanın bioqrafı Peter Zevald bildirib.

Qeyd olunur ki, 93 yaşlı rahib üz dərisinin kəskin iltihabından əziyyət çəkir. Bu xəstəlik onda Almaniyaya səfərindən sonra aşkar edilib.

Bioqrafın sözlərinə görə, Y.Ratsinger çox zəifləyib, hətta vəsiyyətini tərtib edərək dəfn olunacağı yeri də müəyyənləşdirib.

Qeyd edək ki, 16-cı Benedikt 2005-ci ildə Roma papası seçilmişdi. O, 2013-cü ildə istefa verərək 1294-cü ildən bəri bu addımı atmış ilk Roma papası olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.