Dünya

Qırğızıstanda COVID-19-a yoluxanların sayı 37 mini keçib

3 Avqust 2020 18:11
Baxış: 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son sutkada Qırğızıstanda COVID-19 koronavirusuna 410 adam yoluxub və virusdan xəstələnənlərin sayı 37 min 129 nəfərə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Qırğızıstan Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi Aynura Akmatova Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O bildirib ki, son 24 saatda virusdan 11, ümumiyyətlə isə 1420 xəstə ölüb.

Bildirilib ki, hazırda xəstəxanalarda 7 min 792 pasiyent var.

Son 24 sutkada virusa 20, bütünlükdə isə 2 min 829 tibb işçisi yoluxub.

A.Akmatova deyib ki, sutka ərzində 101 və 80 yaşlı xəstələr koronavirusdan sağalıb.

O deyib ki, ötən gecə Moskvadan 423 Qırğızıstan vətəndaşı, o cümlədən 41 azyaşlı uşaq ölkəyə gətirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.