Dünya

Gürcüstanda ərzaq məhsullarının qiyməti artıb

3 Avqust 2020 17:45
Baxış: 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyul ayında Gürcüstanda ərzaq məhsullarının qiymətində artım qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, iyulda Gürcüstanda illik inflyasiya 5,7 faiz təşkil edib. İstehlak mallarının qiymətləri indeksində aylıq müqayisədə 0,5 faiz azalma olub. İllik inflyasiya ilə müqayisədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 11,5 faiz, alkoqollu içkilər və tütün məmulatlarının qiyməti 9 faiz artıb. Geyim və ayaqqabıların qiymətində isə 4 faiz azalma olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.