Dünya

Yorğunluqdan şikayətlənən doqquz yaşlı məktəbli yuxuda ikən koronavirusdan öldü

3 Avqust 2020 19:10
Baxış: 1 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yorğunluqdan şikayətlənən doqquz yaşlı məktəbli Kimora Linum yuxuda ikən koronavirusdan ölüb.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, "The Mirror"un məlumatına görə, hadisə ABŞ-ın Florida ştatında baş verib.

Ailənin sözlərinə görə, uşaq bir neçə gün imiş ki, nasazlıq hiss edirmiş. Onun temperaturu 37,7 dərəcəyə yüksəlib. Lakin həkimlər uşaqda adi soyuqdəymə olduğun deyərək evə yollayıblar.

Simtomlara baxmayaraq, uşağa koronavirus testi edilməyib.

Bir neçə gün sonra özünü yaxşı hiss edən Kimora dostları ilə oynamağa gedib. Qayıtdıqdan sonra  bərk yorulduğunu deyərək, yatıb.

Bir müddətdən sonra isə ana qızının öldüyünü görüb.

Valideynlərinin sözlərinə görə, uşağın səhhətində başqa problemlər olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.