Dünya

Ukraynalı gənc modeli Türkiyədə döydülər - FOTO

3 Avqust 2020 16:43
Baxış: 1 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca məşhur ukraynalı topmodel Dariya Kiriliuk Türkiyədə hücuma məruz qalıb.

Milli.Az xəbər verir ki, dostları ilə birlikdə İzmir şəhərinin Çeşmə bölgəsində əyləncə klubuna gedən model mühafizəçilər tərəfindən döyülüb.

Topmodel foto çəkərək üzündən aldığı xəsarətləri sosial mediada paylaşıb: "Səssiz qalmaq istəmirəm. Mənə, sevgilimə və dostlarımıza nə olduğunu danışmaq istəyirəm. Əyləncə məkanının mühafizəçiləri bizə hücum etdi. 4 qızın (mən daxil) üzünə yumruq atıldı və uşaqlar ağır dərəcəli yaralandı. Polisə detallı hesabat verdik. Bu yaşananları görməzdən gələ bilmərik".

O, hər kəsi postunu paylaşmağa və zorakılığa etiraz etməyə çağırıb.

Polis səbəbi məlum olmayan olayla bağlı araşdırmalara başlayıb. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.