Dünya

Dünyanın iki böyük ölkəsində yeni kütləvi infeksiya yayıldı

3 Avqust 2020 15:38
Baxış: 1 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın 30-dan çox ştatında kəskin bağırsaq infeksiyasının yayılması nəticəsində təxminən 400 nəfər salmonellyoza yoluxub.

Milli.Az xəbər verir ki, bu barədə CBS telekanalı bildirib.

ABŞ-ın Səhiyyə Nazirliyi yanında Ərzağın və Dərmanların keyfiyyət məsələləri üzrə idarəsi infeksiyanın mümkün mənbəyi kimi Kaliforniyanın "Thomson International" şirkəti tərəfindən yetişdirilən qırmızı soğanı göstərib.

Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzinin məlumatına görə, hazırda ölkədə salmonellyoza 396 yoluxma qeydə alınıb. Yoluxma ilə bağlı artıq 60 nəfər xəstəxanaya yerləşdirilib, ölüm hadisəsi qeydə alınmayıb. Kanada telekanalı da ölkədə bağırsaq infeksiyasının yayılması haqqında bildirib. Qeyd edilir ki, bu, ABŞ-la bağlı ola bilər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.