Dünya

İngiltərədə 50 yaşdan yuxarı şəxslərə küçəyə çıxma qadağası tətbiq ediləcək

3 Avqust 2020 15:06
Baxış: 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya miqyasında normallaşma çalışmaları yeni başlayarkən koronavirusa yoluxanların sayının yenidən yüksəlməsi İngiltərəni təşvişə salıb.

Milli.Az moderator.az-a istinadən bildirir ki, İngiltərənin "Times" qəzeti baş nazir Boris Consonun 50 yaş ilə 70 yaş arası şəxslərin küçəyə çıxmasının qadağan olunacağı bir ssenari üzərində çalışma təlimatı verdiyini iddia edib.

Sözügedən xəbərdə hökumətin üzərində çalışdığı iddia edilən plan daxilində koronavirusun paytaxt Londonda və ətrafında sürətlə yüksəlməsi halında ciddi səyahət məhdudiyyətlərinin də tətbiq ediləcəyi bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.