Dünya

Melburnda karantin rejimi sərtləşdirilir

3 Avqust 2020 14:20
Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın ikinci ən böyük şəhəri Melburnda koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi növbəti dəfə sərtləşdirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, avqustun 5-dən başlayaraq 6 həftə müddətinə şəhər ərazisində mağazalar bağlanır.

Tikinti və digər sənaye sahələri əməliyyatların həcmini və işçilərin sayını azaltmalı olacaq. Bu müddət ərzində yalnız supermarketlər, ərzaq mağazaları, aptek və banklar işləyəcək.

Mağazaya bir evdən yalnız bir nəfər gedə bilər. Evi bir saat müddətinə 5 kilometr məsafədən uzaq olmayaraq tərk etmək mümkün olacaq.

Bundan başqa, Melburnda saat 20:00-dan 05:00-dək komendant saatı tətbiq olunacaq.

Qeyd edək ki, bu günədək Avstraliyada 18 mindən çox şəxs koronavirusa yoluxub, onlardan 12 minə yaxını Viktoriya ştatında qeydə alınıb. İnfeksiyadan ümumilikdə 221 nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.