Dünya

Avtobusa maskasız minən gənclərin davası qanla bitdi: sürücü başından bıçaqlandı

3 Avqust 2020 11:05
Baxış: 1 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə bir qrup gənc avtobusa maskasız minmək istəyib və bu zaman sürücü ilə aralarında mübahisə yaranıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Balıkesir şəhərində baş verib.

Sürücünün iddiasına görə, gənclər sərxoş olub və onun dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, maskalarını taxmayıblar. Bu zaman onlar arasında mübahisə yaranıb. Gənclərdən biri sürücünü başından bıçaqlayıb.

O, dərhal xəstəxanaya çatdırılıb.

Polislər gənclərin kimliyini müəyyənləşdirməyə çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.