Dünya

Özbəkistanda koronavirusa yoluxanların sayı 25 mini ötüb

2 Avqust 2020 20:35
Baxış: 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistanda COVID-19-a yoluxanların sayı 736 nəfər artaraq 25 min 40 nəfərə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son sutkada ölkədə bu virusdan 5 nəfər ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 147 nəfərə çatıb.

Qeyd edilir ki, xəstəxanalarda 9 min 592 xəstə müalicə alır. Onlardan 592-sinin vəziyyətinin ağır, 185-nin vəziyyətinin isə çox ağır olduğu bildirilir.

Özbəkistan mətbuatının yaydığı məlumata görə, ötən gecə Türkiyə Özbəkistana humanitar yardım göndərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.