Dünya

İranda silahlı qruplaşma məhv edilib

2 Avqust 2020 19:44
Baxış: 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Qərbi Azərbaycan vilayətində xüsusi xidmət orqanlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan silahlı qruplaşma zərərsizləşdirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İranın Təhlükəsizlik Nazirliyinin yaydığı açıqlamada deyilir. Qeyd olunub ki, əməliyyat nəticəsində 1,1 ton narkotik vasitə olan heroin müsadirə edilib. Silahlı toqquşma zamanı silahlı qruplaşmanın Avropadan olan rəhbəri öldürülüb, 7 nəfər həbs edilib.

Diqqətə çatdırılıb ki, qruplaşma İran ərazisindən tranzit yol kimi istifadə edərək narkotik vasitəni Türkiyəyə oradan isə Avropaya daşımağa cəhd ediblər. Araşdırma aparılır və qruplaşmanın İran ərazısindəki əlaqələri müəyyən edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.