Dünya

Ermənistan koronavirusdan ölüm sayına görə Cənubi Qafqazda liderlik edir

1 Avqust 2020 11:31
Baxış: 1 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən sutka ərzində Cənubi Qafqaz regionunda koronavirusa 684 yeni yoluxma qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yoluxanların 354 nəfəri Ermənistanın payına düşüb.

Bu ölkə həm də ümumi yoluxma və ölüm sayına görə Cənubi Qafqaz ölkələri arasında liderdir.

Ölkədə bu günə qədər 38 550 nəfər koronavirusa yoluxub. Ötən gün üç ölkə ərazisində 18 ölüm faktı qeydə alınıb ki, bunun da 10 nəfəri Ermənistanın payına düşüb.

Əhalisinin sayına görə, regionda həm Azərbaycandan, həm də Gürcüstandan geri qalan Ermənistanda ölüm hallarının ortalama göstəricisi hər iki ölkədən yüksəkdir. Bu ölkədə hər 100 min nəfərə 1 301,93 nəfər koronavirusa yoluxur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.