Dünya

Tramp “TikTok”u qadağan edən sənəd imzalayacaq

1 Avqust 2020 11:25
Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp Çinin "TikTok" sosial şəbəkəsinin fəaliyyətinə qadağa qoymaq niyyətində olduğunu elan edib.

Milli.Az oxu.az-a istinadla bildirir ki, bu barədə "The Hill" nəşri xəbər yayıb.

D.Tramp bildirib ki, təcili iqtisadi səlahiyyətlərindən istifadə edərək, ABŞ-da "TikTok"un işini qadağan edən sənəd imzalaya bilər.

Birləşmiş Ştatlar prezidenti əlavə edib ki, "TikTok"un ABŞ-da fəaliyyət göstərən hansısa şirkət tərəfindən satın alınmasını da dəstəkləmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.