Dünya

Özbəkistanda prezidentin qohumu nəvəsinə nişan mərasimi keçirdi, koronavirusa yoluxub öldü

30 İyul 2020 20:41
Baxış: 1 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daşkənddə iyulun 27-də Özbəkistan prezidentinin qohumu Numan Eqamberdiyev 69 yaşında koronavirusdan ölüb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Djizak vilayətinin Zaamin rayonundakı kiçik Dəştəbad şəhərində bazar direktoru olan Eqamberdiyev bir ay əvvəl nəvəsinə nişan mərasimi keçirəndə virusa yoluxubmuş.

Prezidentin qohumunda təhlükəli virusun əlamətləri aşkarlananda o, bir müddət evdə müalicə alıb. Lakin daha sonra vəziyyəti pisləşdiyi üçün Daşkənd xəstəxanalarından birinə yerləşdirilib.

Dəştəbad şəhərinin sakinlərindən biri deyib ki, mərhum bazar direktoru prezident Şövkət Mirziyoyevin atasının dayısı oğlu idi.

"Rəhmətlik Numan əkə prezidentimizin atasının dayısı oğlu idi. 69 yaşı olsa da çox cavan görünürdü. Təxminən bir ay əvvəl nəvəsinə nişan mərasimi keçirdi, onu Daşkənddən oğlana nişanladılar. Numan əkə bizdə "böyük adam" hesab olunurdu, ona görə də karantinə baxmayaraq nişan mərasimində 200-dən çox adam iştirak etmişdi. Paytaxtdan da xeyli qonaq gəlmişdi. Deyirlər ki, Numan əkə Daşkənddən gələn qonaqlardan birindən yoluxub. Oğlu da koronavirusa yoluxmuşdu, indi sağalıb. "Bazarkom"un orqanizmi isə göründüyü kimi tab gətirmədi",-prezidentin qohumuun yaşadığı məhəllənin fəallarından biri deyib.

Zaamin rayonunun xəstəxanasından isə deyiblər ki, Numan Eqamberdiyev və oğlu həqiqətən koronavirusa yoluxmuşdular, onlar ev şəraitində müalicə alıblar.

"Bu yaxınlara qədər bizim rayon "yaşıl zona"ya daxil idi, yəni koronavirus demək olar qeydə alınmamışdı. Lakin Eqamberdiyevin nəvəsinin nişanından sonra aparılan testlər nəticəsində bir neçə adamda virus aşkarlandı. "Bazarkom" xəstəxanaya getmək istəmədi, evdə müalicə olundu. Ona iynə vuran feldşerlərimizdən biri də koronavirusa yoluxdu. İynə vurmaq üçün daha bir tibb bacısı onun evinə getmişdi, amma yoluxmadı",-mənbə deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.