Dünya

ABŞ hərbçiləri İranın təlimlərinə görə sığınacaqlara yerləşdirildi

30 İyul 2020 15:53
Baxış: 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ballistik raket sınaqları keçirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, raket sınaqları Fars körfəzi və Hörmüz boğazının yaxınlığında, Hörmüzgan ostanında baş tutub.

Təlimlərdə dronlar və hava hücumundan müdafiə sistemləri sınaqdan keçirilib.

"Associated Press" agentliyi xəbər verir ki, İranın təlimləri ABŞ hərbçilərini hərəkətə keçməyə məcbur edib. Belə ki, ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərində "Əl-Dafra" və Qətərdəki "Əl-Udeid" hərbi bazalarında xidmət aparan hərbçilər təlimlər zamanı sığınacaqlara yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.