Dünya

Teleşounun iştirakçısı illərlə qadınlara təcavüz edib və bunu videoya çəkib - FOTO

30 İyul 2020 09:33
Baxış: 1 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"X Factor" istedadlar teleşousunun sabiq iştirakçısı Fillip Blekuell 22 il ərzində doqquz qadına cinsi təcavüz edib və cinayət əməllərini videoya çəkib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, britaniyalı kişi ilk təcavüzünü 1997-ci ildə edib, sonra daha bir neçə qadın onun cinayətinin qurbanı olub.

F.Blekuell qurbanlarının bəzilərinin gözlərini və əllərini bağlayıb.

Britaniyalı 2008-ci ildə "X Factor" layihəsində iştiak edib. O zaman musiqi nömrəsi ilə çıxış edən kişi final mərhələsini keçə bilməyib. Bundan sonra o, daha bir neçə qadını zorlayıb.

Qurbanların əksəriyyəti gənc və tənha qadınlar olub. Blekuell onları izləyib, avtomobildən müşahidə edib. O, kimliyini gizlətmək üçün təcavüz zamanı balaklav və ya maska taxıb, həmçinin irland ləhcəsi ilə danışıb.

Blekuell polisə müraciət edəcəkləri təqdirdə qurbanları təkrar təcavüzlə hədələyib.

56 yaşlı kişi artıq saxlanılıb və ömürlük həbsə məhkum edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.