Dünya

İtaliyada fövqəladə vəziyyət rejimi uzadıldı

29 İyul 2020 17:58
Baxış: 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada koronavirusla əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejimi oktyabrın 15-nə qədər uzadılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İtaliyada koronavirusla əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejiminin uzadılması ilə bağlı Baş nazir Cüzeppe Kontenin irəli sürdüyü təklif bu gün parlamentdə səsverməyə çıxarılıb. 

Parlament müxalifətinin bir çox nümayəndəsi Baş nazirin təklifinə qarşı çıxsa da təklif qəbul edilib. Səsvermədə 286 deputat təklifin lehinə, 221 deputat əlehinə səs verib, 5 deputat isə bitərəf qalıb. 

Baş nazir bu addımın ölkədə yaz aylarında tətbiq olunan sərt karantin tədbirlərinin yenidən tətbiq olunması mənasına gəlmədiyini bildirib. "Bəzi vətəndaşlar fövqəladə vəziyyət rejiminin uzadılmasını sərt karantinin geri qaytarılması kimi başa düşür, amma, əslində, bu, belə deyil", - Konte qeyd edib.

Baş nazir fövqəladə vəziyyət rejimi uzadılmayacağı təqdirdə ölkədə koronavirusun yayılmasına qarşı bu günə qədər görülən səylərin boşa çıxacağını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.