Dünya

İtaliya Senatı fövqəladə vəziyyət rejiminin oktyabra qədər uzadılmasını dəstəkləyib

29 İyul 2020 10:47
Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya Parlamentinin Senatı COVID-19 pandemiyası ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejiminin oktyabrın 15-dək uzadılmasını dəstəkləyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, təklif ölkənin Baş naziri Cüzeppe Konte tərəfindən verilib.

O, Senatda ölkədə sürətlə yayılan epidemiyanın qarşısının alınması çərçivəsində müvafiq tədbirlərin genişləndirilməsi təklifi ilə çıxış edib.

Müzakirələr zamanı İtaliya hökumətinin nəzdində yaradılan Elmi və Texniki Komitənin məlumatlarına əsasən bildirilib ki, ölkədə virusun yayılma tempini əks etdirən rəqəmlər bu təklifin keçərli olduğunu zəruri edir.

Fövqəladə vəziyyət rejiminin uzadılması məsələsi Nazirlər Şurasının səhər iclasında müzakirə edildikdən sonra qanunverici orqan tərəfindən baxılması təklif olunub.

Qeyd edək ki, müzakirələrdən sonra təklif qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.