Dünya

Hindistanda daşqınlar: 100-dən çox ölən var

27 İyul 2020 15:35
Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda daşqınlar 110 nəfərin həyatına son qoyub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təbii fəlakətdən daha çox Assam və Bihar ştatları zərər çəkib.

Assam ştatında Brahmaputra çayının daşması 2,5 milyon sakinə ziyan vurub. Daşqın zonasından yüz minlərlə sakin təxliyə edilib. Onların müvəqqəti məskunlaşması üçün 450-dən çox düşərgə təşkil edilib.

Bihar ştatında Qanq çayının daşması davam edir. Burada 1,5 milyon insana ziyan dəyib. Hindistan Hərbi Hava Qüvvələrinin helikopterləri zərər çəkmiş rayonlara humanitar yardım daşınması üçün cəlb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.