Dünya

"Hanna" qasırğası səbəbindən fövqəladə vəziyyət rejimi elan olundu

26 İyul 2020 10:19
Baxış: 1 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Texas ştatının bir sıra bölgələrində "Hanna" qasırğası səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edilib.

APA "TASS"-a istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Qreq Ebbottun saytında dərc olunan açıqlamada deyilir.

Məlumata görə, Texasın cənubundakı sahil bölgələrində qasırğa, leysan yağışlar və daşqınlar gözlənilir. Yerli əhalinin həyatı üçün təhlükənin olduğu bildirilir.

Fövqəladə vəziyyət rejimi ştatın əksəriyyəti sahilyanı olan 254 dairədən 32-də tətbiq olunub. Bu tədbir yerli hakimiyyət orqanlarına bəzi əlavə fondlar əldə etmək və fəlakətdən sonra daha çox mənbələrdən istifadə etmək imkanı verir. Bu, xüsusilə ABŞ Milli Qvardiyasının xilasetmə və bərpa işlərinə cəlb edilməsini mümkün edir.

Bölgədəki enerji təchizatı üçün cavabdeh olan "American Electric Power" şirkətinin saytının verdiyi məlumata görə, hazırda təxminən 60 000 istehlakçı elektrik enerjisindən məhrum olub. Vəziyyət Texas ştatının yeni növ koronavirus infeksiyasının sürətlə yayıldığı ştatlar sırasında olması ilə daha da çətinləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.