Dünya

Misirdə COVID 19-a yoluxanların sayı 90 min nəfərə çatır

24 İyul 2020 18:45
Baxış: 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirdə COVID-19-a yoluxanların sayı 90 min nəfərə çatır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ölkənin Səhiyyə Nazirliyinin son məlumatında indiyədək yeni növ koronavirusa 89 745 nəfərin yoluxduğu, 4400 pasiyentin isə vəfat etdiyi bildirilir.

Əlavə edilib ki, iyulun 23-də 667 yeni yoluxma, 41 ölüm faktı qeydə alınıb, habelə 602 pasiyent sağalıb.

Misir Prezidenti Əbdülfəttah əl-Sisinin göstərişi ilə Səhiyyə Nazirliyi Oksford Universitetinə 30 milyon ədəd COVID-19 əleyhinə vaksin sifariş edib.

Dövlət başçısı iyulun 23-də keçirdiyi müşavirədə Baş Nazir Mustafa Mədbuliyə bu rəqəmi daha da artırmağı tapşırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.