Dünya

Hər kəs bu gəncin qəribə hərəkətindən danışır - Təsirləndirən FOTO

23 İyul 2020 11:07
Baxış: 7 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə yayılan görüntülər maraq doğurub.

Milli.Az bildirir ki, kadrlarda anası koronavirusa yoluxmuş gəncin hər gün onu izləmək üçün xəstəxananın pəncərəsinə dırmaşıb, orada saatlarla oturması əks olunub.

Görüntülər Fələstində lentə alınıb. Jihad Al-Suwati adlı oğlan koronavirusa yoluxan anasını izləmək üçün hər gün xəstəxananın binasına dırmaşaraq onu seyr edib.

Qadın bir neçə gün sonra koronavirusa məğlub olub.

Qeyd edək ki, Fələstində 9 mindən çox insan koronavirusa yoluxub, 100 nəfərə yaxın insan bu virus səbəbindən dünyasını dəyişib.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.