Dünya

Gürcüstanda müntəzəm uçuşlara qoyulan məhdudiyyətin müddəti uzadıldı

22 İyul 2020 09:48
Baxış: 1 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVID-19 pandemiyası səbəbi ilə Gürcüstanda müntəzəm uçuşlara qoyulan məhdudiyyətin vaxtı avqustun 31-dək uzadılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi (GCAA) məlumat yayıb.

Bildirilib ki, müntəzəm uçuşların sentyabrın 1-dən başlanması planlaşdırılır.

Qeyd edək ki, qonşu ölkədə müntəzəm uçuşlara qoyulan məhdudiyyət iyulun 1-də ləğv edilməli idi, lakin GCAA-nın qərarına əsasən, bu, avqustun 1-nə təxirə salınmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.