Dünya

Aİ liderləri pandemiyadan sonra iqtisadiyyatın bərpası fondu üzrə razılığa gəliblər

21 İyul 2020 09:38
Baxış: 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqının dövlət və hökumət başçıları 2021-2027-ci illər üçün təşkilatın büdcəsi və koronavirus pandemiyasından sonra iqtisadiyyatın bərpası fondu üzrə razılığa gəliblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib.

Fransa prezidenti Emmanuel Makron "Twitter"də razılığın əldə edilməsini tarixi gün adlandırıb: "Avropa üçün tarixi gün!"

Belçikanın baş naziri Sofi Vilmes bildirib ki, Aİ-nin yeddi illik büdcə planının son kompromis versiyası 1,074 trilyon avro təşkil edir, büdcədənkənar iqtisadiyyatın bərpa fondunun həcmi isə 750 milyard avro səviyyəsində qalıb.

Qeyd edək ki, Avropa İttifaqının 2021-2027-ci illər üçün büdcəsi və koronavirus pandemiyasından sonra iqtisadiyyatın bərpası fondu üzrə sammit 5 günə yaxın davam edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.