Dünya

Rusiyada təyyarə yoxa çıxıb

20 İyul 2020 11:00
Baxış: 1 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiyasının Buryatiya Respublikasında "An-2" təyyarəsi ilə əlaqə kəsilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təyyarənin göyərtəsində altı nəfər olub. Onlardan iki nəfəri heyət üzvü, dördü isə sərnişindir.

İlkin məlumata görə, təyyarə tarlada kimyəvi emal həyata keçirməli idi.

Sərnişinlər də pilot olub. Onlara kimyəvi emalın keçiriləcəyi yerlər nümayiş etdirilməli idi.

O da bildirilir ki, pilotlar uçuş qaydalarını pozub: xəbərdarlıqsız havaya qalxıblar və heç kimlə əlaqə yaratmayıblar.

Təyyarənin axtarışına başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.