Dünya

Suriyada parlament seçkiləri keçirilir

19 İyul 2020 12:39
Baxış: 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın ali qanunverici orqanı olan Milli şuraya seçkilər keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, daha əvvəl apreldə keçirilməsi planlaşdırılan seçkilərin koronavirus səbəbindən təxirə salındı.

Xatırladaq ki, Suriya parlamentinə 250 deputat seçilir. Parlament seçkiləri dörd ildə bir dəfə keçirilir.

Ölkə üzrə 7.3 min seçki məntəqələri səhər saat 08:00-da fəaliyyətlərinə başlayıblar.

2016 seçkilərindən sonra parlamentdəki yerlərin əksəriyyəti "Baas" partiyasının rəhbərlik etdiyi "Milli Mütərəqqi Cəbhəsi"nə məxsusdur. Bu partiyaya Suriya prezidenti Bəşər Əsəd başçılıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.