Dünya

Meksikada COVID-19-a yoluxanların sayı 331 mini keçib

18 İyul 2020 09:20
Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikada son sutkada 7257 nəfərin koronavirus infeksiyasına yoluxması laborator şəraitdə təsdiqlənib, bununla da virusa yoluxanların ümumi sayı 331 298-ə çatıb. Xəstəliyin ağırlaşması səbəbindən 736 nəfər isə dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ölkənin Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel bildirib.

"13 iyul 2020-ci il tarixinə olan məlumata əsasən, COVID-19 infeksiyasına 331 298 yoluxma halı təsdiqlənib, 84 552 aktiv (simptomlar son 14 gün ərzində ortaya çıxıb) və 85 877 şübhəli yoluxma faktı var", - deyə nazir müavini özünün "Twitter" səhifəsində bildirib.

Son 24 saatda, həmçinin virusa yoluxmuş 736 xəstə vəfat edib, ölənlərin ümumi sayı isə 38 310-dur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.